<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>444</hymn_number>
<lyrics>[V1]
 Günlərim sıxıntı, əzabda keçir,
 Yalnız Rəbbim mənə təskinlik verir.

[C1]
   Bilirəm, gələcək bir gün azadlıq,
   Rəbb mənə verəcək sülh və rahatlıq.

[V2]
 İsam, Sən dünyaya insan tək gəldin,
 Bədəndə yaşadın və qalib gəldin.

[C2]
   Gəl güc ver mənə, qüvvət ver mənə,
   Qələbəyə ümid, inam ver mənə.

[V3]
 İmanla baxıram Göylərə mən,
 Bilirəm Allahın sağındasan Sən.

[C3]
   Gözləyir məni də Müqəddəs Şəhər,
   Orda olacağam öz Rəbbimlə mən.

[V4]
 Ey əzab çəkənlər, baxın Göylərə,
 Verin özünüzü Rəbbin əlinə.

[C4]
   Gələcək Rəbbimiz buludlar üstdə,
   Onunla görüşərik böyük sevinclə.</lyrics>
<title>Günlərim sıxıntı, əzabda keçir İL444</title>
</song>